Bakı 6˚C Intermittent clouds

"Aİ və Azərbaycan arasında münasibətlər çox möhkəmdir" - Peter Mixalko

Siyasət 19:14 21 okt, 2021

Avropa İttifaqı və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır

"Aİ və Azərbaycan arasında münasibətlər çox möhkəmdir" - <span style="color:red">Peter Mixalko</span>

"Avropa İttifaqı və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır".

Qazet.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə bildirib.

“Aİ-nin Azərbaycandakı səfiri kimi əməkdaşlığımızın genişləndirilməsi istiqamətində intensiv fəaliyyət göstərəcəyəm. Aİ və Azərbaycan arasında münasibətlər çox möhkəmdir, lakin genişləndirmək istədiyimiz bir sıra imkanlar və əməkdaşlıq perspektivləri mövcuddur”, - səfir deyib.

Diplomatın sözlərinə görə, o, Azərbaycanın da iştirak etdiyi və vacib tərəfdaş olduğu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Aİ arasında münasibətləri möhkəmləndirmək niyyətindədir.

Səfir onu da qeyd edib ki, həmçinin, Azərbaycan və Aİ arasında yeni müqavilə üzərində işləri, COVID-19 pandemiyası ilə mübarizə sahəsində əməkdaşlığı davam etdirmək, innovasiyalar, rəqəmsal transformasiya, ətraf mühit kimi sahələrdə iqtisadi əməkdaşlığı möhkəmləndirmək planlaşdırılır.

Xatırladaq ki, oktyabrın 6-da Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Peter Mixalko öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.