Aİ və NATO müdafiə sahəsində əməkdaşlığı gücləndirir
Gündəm
02:21 10 yan, 2023
Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynadakı vəziyyət fonunda müdafiə sahəsində əməkdaşlığı intensivləşdirmək və gücləndirmək niyyətindədir.
Bu barədə Qazet.az” “AFP”yə istinadən xəbər verir.
Tərəflər birgə bəyanatda bildiriblər ki, hər iki tərəf tərəfdaşlığı daha yüksək səviyyəyə çıxarmağa və ümumi məqsədlərə nail olmaq üçün istər siyasi, istər iqtisadi, istərsə də hərbi bütün mövcud ümumi alətləri səfərbər etməyə sadiqdir.
Agentliyin məlumatına görə, müvafiq sənədi NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel imzalayacaqlar.