Ailəsi ilə tətilə gedən rus turist Türkiyədə öldü
Gündəm
00:12 12 okt, 2021
“Baş Konsulluq 1977-ci il təvəllüdlü Rusiya vətəndaşının ölüm faktını təsdiq edir"

Ailəsi ilə Türkiyəyə tətilə gedən rus turist Antalyada dünyasını dəyişib.
“QAZET.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğundan bildirilir.
“Baş Konsulluq 1977-ci il təvəllüdlü Rusiya vətəndaşının ölüm faktını təsdiq edir. Onun ölüm səbəbi dəqiqləşdirilir”, - deyə məlumatda qeyd olunub.