Akademik Musiqili Teatr Onkoloji Mərkəzin baş direktoruna minnətdarlıq edib
Ötən həftə əməliyyat olunan Əməkdar artist Novruz Əliyev indi ev şəraitində müalicəsini davam etdirir
Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi Milli Onkologiya Mərkəzinin baş direktoru, professor Cəmil Əliyev başda olmaqla, rəhbərlik etdiyi kollektivə Əməkdar artist Novruz Əliyevə (Qartala) göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib.
Qazet.az -a bu barədə Akademik Musiqili Teatrdan məlumat verilib. Bu barədə teatrın direktoru Əliqismət Lalayev bildirib ki, "Bizim aktyorumuzu – Əməkdar artistimizi tam təmənnasız olaraq əməliyyat etdiklərinə, hər cür köməklik göstərdiklərinə görə Onkoloji Mərkəzin rəhbəri, çox hörmətli akademikimiz Cəmil Əliyevə və onun rəhbərlik etdiyi kollektivə – bütün tibb personalına dərin təşəkkürlərimizi bildiririk. Bu gün Novruz Əliyev onların sayəsində ailəsinin yanındadır. Minnətdarıq ki, onlar həmişə insanlara belə diqqət və qayğı ilə yanaşıblar. Bundan əvvəl də Musiqili Teatrın həyatında elə hallar olub ki, Onkoloji Mərkəzə müraciət edən əməkdaşlarımıza həmişə diqqətlə yanaşıblar. Bir daha minnətdarıq, sağ olsunlar”.
Əliqismət Lalayev Novruz Əliyevin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib.