Akar Azərbaycana gəldi
Siyasət
16:36 04 okt, 2022
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
H.Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsevər və başqa yüksək rütbəli zabitlər müşayət edir.
H.Akarı hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.