Akar Şoyqu ilə müzakirə apardı
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı başda Ukrayna və Suriya olmaqla ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.
Akar daha çox insan ölümünün qarşısının alınması, regionda sülhün və sabitliyin bərqərar olması üçün təcili atəşkəsin vacibliyini vurğulayıb.
Akar humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin indiyə qədər etdiyi kimi, bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha dilə gətirib.
Bundan əlavə, Akar, Şimali Suriya kontekstində terror təhlükəsinin və dəhlizin qarşısının alınması və terror təşkilatlarının zərərsizləşdirilməsinin ölkəsi üçün prioritet olduğunu da vurğulayıb.