Bakı 27˚C Mostly sunny

Akardan mövqelərimizin atəşə tutulmasına reaksiya

Siyasət 23:42 08 yan, 2022

"Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq

Akardan mövqelərimizin atəşə tutulmasına reaksiya

Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur.

Qazet.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

"Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq. Buradakı məsələlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə ediləcəyinə inanırıq, bunun davamlılığına öz töhfəmizi verdiyimizi görürük", - Akar söyləyib.

Türkiyə hərbçilərinin Azərbaycan Ordusu ilə birlikdə azad olunmuş ərazilərdə mina və əldəqayırma partlayıcı maddələrin təmizlənməsinə çalışdıqlarını qeyd edən Hulusi Akar burada sülhün daimi olmasının həm Xəzər, həm də Qara dəniz regionunda müsbət təsirlərinin olacağını vurğulayıb.