Bakı 15˚C Mostly cloudy

Akardan Yunanıstana xəbərdarlıq

Gündəm 22:33 22 noy, 2021

“Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir"

Akardan Yunanıstana xəbərdarlıq

Biz heç bir halda hücum mövqeyində deyilik, oradakı haqlarımızı müdafiə edirik.

Qazet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey və Aralıq dənizindəki vəziyyət barədə danışarkən deyib.

O, Türkiyənin bütün addımlarının məntiqli və soyuqqanlı olduğunu nəzərə çatdırıb:

“Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi var imiş kimi ifadələr işlədirlər, Türkiyənin işğalçı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq əslində tarix də, indi baş verənlər də təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir”.

H.Akar Yunanıstan rəsmilərinin fikirlərinə sərt reaksiya verib:

“Yunanıstan rəsmiləri tarixə, hüquqa və gündəlik həyata zidd olan fikirlər ortaya atırlar. Onlar insan haqlarından danışırlar. Ancaq Yunanıstan sahil mühafizəçilərinin müdafiəsiz mülki şəxslərin qayıqlarını dənizin ortasında batırmağa çalışmaları, atəş açmaları insanlıq əleyhinə böyük cinayət və vicdansızlıqdır. Belə bir mühitdə hadisələrin Türkiyəyə qarşı yönəldilməsi başa düşülən olsa da, bu, əxlaqi, hüquqi və real məsələ deyil. Bu, sırf ikiüzlülük və riyakarlıqdır”.