Akopyan - "Nikol KTMT-nin sənədini imzalamamaqda çox SƏHV ETDİ, bu bizə lazım idi"
“Mən Nikolun KTMT sənədini imzalamamasının tərəfdarlarının sevincini anlamağa çalışıram”.
Qazet.az xəbər verir ki, bunu bu gün jurnalist Sevak Akopyan öz Facebook səhifəsində yazıb.
“Artıq bir neçə gündür ki, Nikolun KTMT sessiyasındakı çıxışından və üstəlik, heç bir qətnamə imzalamamasından həzz alan tərəfdarlarının sevincini anlamaq istəyirəm.
Yox, düzgün olmadı, Nikol səhv etdi. Bizə hansısa sənəd qəbul etmək lazım idi. Nəticədə bu baş vermədi, 2 ən vacib sənəd qəbul edilmədi. Və Nikol elan etdi: “Bizim istədiyimiz bu deyildi”.
Bəs indi nəyə sevinirsiz, nə ilə fəxr edirsiz?
Əslində bu çox vacib qətnamə idi və qəbul olunmadı, bu bizə lazım idi, Putinə, Lukaşenkoya, Tokayevə və başqalarına lazım deyildi.
Amma yekdilliklə, bizim istədiyimiz kimi qətnamə qəbul edilsəydi, bu, diplomatik nəticə əldə edən addım kimi qiymətləndirilə bilərdi.
Yoxsa manqalda yaxşı bişmiş kababı yeməmək hansı qəhrəmanlıqdır? (Nikol başa düşsün deyə bu misalı çəkdim)”, – deyə Akopyan yazıb.