Bakı 15˚C Sunny

AKP və YAP Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı videokonfrans keçirəcək

Siyasət 14:50 21 okt, 2021

 Tədbirdə Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı müzakirələr aparılacaq

AKP və YAP Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı videokonfrans keçirəcək

“Oktyabrın 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə YAP-ın videoformatda konfransı keçiriləcək”.

Qazet.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın Mərkəzi Aparatında keçirilən “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədbirdə Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı müzakirələr aparılacaq.