Bakı 33˚C Partly sunny

Aksiyalar zamanı 69 uşaq ölüb

Gündəm 17:40 21 dek, 2022
Aksiyalar zamanı 69 uşaq ölüb

İranda etirazlarda 503 nəfər həlak olub, onlardan 69-u uşaqdır.

Qazet.az xəbər verir ki, İrandakı hüquq müdafiəçiləri qrupunun xəbər orqanı olan “HRANA” xəbər ajansı əldə etdiyi son məlumatlara əsasən bildirib ki, sentyabrın 19-dan dekabrın 19-a qədər olan müddət ərzində İranda keçirilən ümumölkə etirazları zamanı 503 nəfər həlak olub, onlardan 69-u uşaqdır.

Bu müddət ərzində 18.452 etirazçı həbs edilib, onlardan yalnız 3976 nəfərin kimliyi müəyyən edilib. Agentliyin məlumatına görə, etirazlar zamanı 652 öyrənci həbs edilib.

Qeyd edək ki, Tehran metrosunun İnqilab stansiyasının önündə "Diktatora ölüm" və "Siyasi məhbuslar azad edilməlidir" şüarları səsləndirən etirazçılar hökumətə qarşı aksiya keçirib.

Neft şəhərciyində əhali etiraz məqsədilə küçələrdə tonqallar yandıraraq barrikadalar qurublar. Rəşt şəhərində də molla rejiminə qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları "Azadlıq, azadlıq"- deyə şüar səsləndiriblər. əhali küçələrə axışaraq yollarda tonqal yandırıb və barrikadal qurub.

İranın Qum şəhərində Qasım Süleymaninin şəkli yandırılıb. Həmədanda xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazası yandırılıb.