Bakı 5˚C Showers

Aktrisa 2-ci dəfə xərçəngə qalib gəldi

Maraqlı 06:16 20 dek, 2022
Aktrisa 2-ci dəfə xərçəngə qalib gəldi

84 yaşlı Hollivud ulduzu Ceyn Fonda bir neçə ay ərzində müalicələrdən sonra ölümcül xəstəliyi geridə qoyduğunu bildirib.

Qazet.az xəbər verir ki, aktrisada limfoma ikinci dəfə idi baş qaldırırdı.

“Ötən həftə onkoloqum dedi ki, xərçəng remissiyaya keçir və kimyaterapiyanı dayandırırıq. Bu mənim ad günümə ən yaxşı hədiyyədir”.

Aktrisanın dekabrda 85 yaşı tamam olur.

2010-cu ildə onda döş xərçəngi aşkarlanmışdı, əməliyyatdan sonra o sağalmışdı.