AL-də oyun günü: "Qarabağ" növbəti matçına çıxır
UEFA Avropa Liqasının qrup mərhələsində bu gün V turun oyunları keçiriləcək.
Qazet.az-ın məlumatına görə, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.
Türkiyə təmsilçilərindən "Fənərbağça" İstanbulda "Renn"i qəbul edəcək. B qrupunun digər qarşılaşmasında AEK (Larnaka) Kiprdə "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək.
Qonşu ölkənin digər komandası "Trabzonspor" Serbiyada "Srvena Zvezda"nın qonağı olacaq. H qrupunda "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa) görüşü də baş tutacaq.
V turun matçlarından sonra PSV (Niderland), "Lüdoqorets" (Bolqarıstan), "Yunion" (Belçika), "Braqa" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Qarabağ" (Azərbaycan) və "Ferentsvaroş" (Macarıstan) növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilər.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
26 oktyabr
A qrupu
20:45. PSV (Niderland) - "Arsenal" (İngiltərə)
20:45. "Sürix" (İsveçrə) - "Budö Qlimt" (Norveç)
B qrupu
20:45. AEK (Larnaka, Kipr) - "Dinamo" (Kiyev, Ukrayna)
20:45. "Fənərbağça" (Türkiyə) - "Renn" (Fransa)
C qrupu
20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Betis" (İspaniya)
23:00. HİK (Finlandiya) - "Roma" (İtaliya)
D qrupu
20:45. "Malmö" (İsveç) - "Yunion" (Belçika)
20:45. "Yunion" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya)
E qrupu
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Şerif" (Moldova)
23:00. "Omoniya" (Kipr) - "Real Sosyedad" (İspaniya)
F qrupu
20:45. "Latsio" (İtaliya) - "Midtüllan" (Danimarka)
23:00. "Şturm" (Avstriya) - "Feyenoord" (Niderland)
G qrupu
23:00. "Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)
23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan)
H qrupu
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa)
23:00. "Srvena Zvezda" (Serbiya) - "Trabzonspor" (Türkiyə)
Qeyd edək ki, daha əvvəl Türkiyənin "Fənərbağça", İngiltərənin "Arsenal", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad" klubları qrupdan çıxmağı təmin edib.