Bakı 9˚C Intermittent clouds

Albaniya da NATO danışıqlarına qoşuldu

Gündəm 11:23 02 iyl, 2022

Biz tezliklə Brüsselə qayıdıb öz təklifimizi müzakirə etməyə davam edəcəyik... 

Albaniya da NATO danışıqlarına qoşuldu

Albaniya NATO ilə Adriatik sahillərində tikilməkdə olan Porto Romano limanında dəniz bazasının yaradılması üzrə danışıqlar aparır.

Qazet.az xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama açıqlama verib.

Onun sözlərinə görə, hərbi baza NATO və Albaniyanın birgə maliyyəsi ilə tikiləcək.

“Biz tezliklə Brüsselə qayıdıb öz təklifimizi müzakirə etməyə davam edəcəyik... Durres limanında NATO-nun hərbi dəniz bazasının yerləşdirilməsi ilə bağlı müzakirələrə davam edəcəyik”, - deyə Rama əlavə edib.