Alek Bolduin tətiyi çəkmədiyini söyləyib
Maraqlı
13:03 02 dek, 2021
Aktyor silahın tətiyini çəkmədiyini bildirib
Amerikalı aktyor Alek Bolduin film çəkilişi zamanı operatorun ölümü ilə bağlı yeni açıqlama verib.
Qazet.az xəbər verir ki, aktyor silahın tətiyini çəkmədiyini bildirib.
“Xeyr, xeyr, xeyr. Mən heç vaxt kiməsə silah doğrultmadım və tətiyi çəkmədim. Heç vaxt”, - deyə o, ABC kanalına müsahibəsindəbildirib.
Xatırladaq ki, oktyabrın 21-də "Rust" filminin çəkiliş meydançasında Bolduin epizodu məşq edərkən tapançadan atəş açıb və onun həqiqi güllələrlə dolu olduğu məlum olub. Nəticədə operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.