Aleksandr Lukaşenko: "Putinlə doğma qardaşıq"
Siyasət
18:54 02 dek, 2021
“O, məni özünə dostdan yaxın bilir"

“Biz Vladimir Putinlə doğma qardaşıq və dünyanı eyni cür görürük”.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinə münasibətindən danışarkən bildirib.
“O, məni özünə dostdan yaxın bilir. Biz doğma qardaşıq. Davranışlarımız fərqli olsa da, dünyaya eyni cür baxırıq”, - o deyib.