Bakı 23˚C Windy

“Alfanet” istifadəçiləri Feysbuka girə bilmirlər

Biznes 19:17 08 apr, 2022

Problemin nə ilə əlaqədar olduğu hələ dəqiqləşdirilməyib

“Alfanet” istifadəçiləri Feysbuka girə bilmirlər

Alfanet ADSL internet xidmətindən istifadə edən vətəndaşlar ötən gündən etibarən Feysbuk şəbəkəsinə daxil ola bilmirlər.

Qazet.az xəbər verir ki, bu barədə Axar.az-a vətəndaşların şikayəti daxil olub.

“Alfanet” şirkətindən saytımıza verilən açıqlamada bildirilib ki, problemin nə ilə əlaqədar olduğu hələ dəqiqləşdirilməyib:

“Lakin hazırda problem aradan qaldırılıb. Hələ də xidmətdən yararlana bilməyən istifadəçilər (012) 498-11-11 nömrəsi ilə əlaqə yarada bilərlər”.