Bakı 4˚C Showers

Ali nümayəndə: “Aİ-nin informasiya məkanında Rusiya ilə mübarizə aparmaq üçün resursları yoxdur”

Gündəm 05:50 23 noy, 2022
Ali nümayəndə: “Aİ-nin informasiya məkanında Rusiya ilə mübarizə aparmaq üçün resursları yoxdur”

Avropa İttifaqının dünya bazarında ərzaq tədarükü ilə bağlı ziddiyyətlər fonunda Rusiya ilə informasiya məkanında mübarizə aparmaq üçün kifayət qədər resursları yoxdur.

Qazet.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.

“Rusiyanın təbliğat maşını çox güclüdür, onların bu mənada real sənayesi var, bizim onlar qədər resursumuz yoxdur. Avropa İttifaqı aydınlaşdırmağa çalışır ki, ərzaq ixracına heç bir sanksiya tətbiq edilməyib və buna görə də Brüssel tədarükün kəsilməsinə görə məsuliyyət daşımır. Bu, informasiya manipulyasiyasına, dezinformasiyaya qarşı mübarizə və konkret dəstək göstərmək uğrunda mübarizədir”- deyə, o bildirib.

O, həmçinin qeyd edib ki, Aİ Ukrayna ərzaq məhsullarının Qara dəniz limanlarından təhlükəsiz ixracını nəzərdə tutan taxıl sazişində iştirak etmir, lakin Avropa ölkələri eyni zamanda Ukrayna və Aİ-nin quru sərhədlərindən təxminən 15 milyon ton ərzaq ixracını təşkil ediblər.