Bakı 24˚C Sunny

Alim Qasımovdan SƏRT REAKSİYA: "Sənin canın üçün..."

Gündəm 13:16 05 iyl, 2022

Xalq artisti bildirib

Alim Qasımovdan SƏRT REAKSİYA: "Sənin canın üçün..."

Xalq artisti Alim Qasımov müğənni Kərim Abasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə sərt reaksiya verib.

Qazet.az xəbər verir ki, Qasımov sosial şəbəkədə "show_news" səhifəsində bununla bağlı paylaşılan yazıya şərh yazıb. 

"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." ,-  Xalq artisti yazıb.

Xatırladaq ki, müğənni Kərim Abbasov bir müddət əvvəl boşanan qadınları tənqid edərək, "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi. Sevirsənsə, qəbullanıb oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?" statusu yazmışdı.