Bakı 6˚C Intermittent clouds

Alimlər plastik, karbon qazı və günəş enerjisindən yanacaq yaradıblar

Maraqlı 01:11 10 yan, 2023
Alimlər plastik, karbon qazı və günəş enerjisindən yanacaq yaradıblar

Alimlər plastik tullantıları və istixana qazlarını yalnız günəş enerjisindən istifadə etməklə yaşıl yanacağa və digər qiymətli məhsullara çevirə bilən sistem yaradıblar.

Qazet.az "Gazeta.ru"
ya istinadən xəbər verir ki, bu barədə sistemin yaradıldığı Kembric Universitetinin mətbuat xidməti məlumat yayıb.

Plastik materialın təkrar emalı böyük problemdir. Bütün plastik növləri yeni plastikə çevrilə bilməz və bir çox markalar zaman keçdikcə keyfiyyəti pisləşir. Bununla əlaqədar olaraq alimlər plastik tullantıların ekoloji cəhətdən təmiz və praktiki üsullarını axtarırlar.

Kembric Universitetinin tədqiqatçıları yalnız günəş enerjisindən istifadə etməklə plastiki faydalı kimyəvi maddələrə çevirə bilən sistem hazırlayıblar. Müəlliflər iki bölməli inteqrasiya olunmuş reaktor yaradıblar: biri plastik, digəri isə karbon qazı üçün. Karbon qazı antropogen qlobal istiləşmənin əsas amili hesab olunur və buna görə də reaksiya zamanı onun udulması iqlim problemlərini də azalda bilər. İşıq uducu kimi perovskit elementi istifadə olunur.

Müəlliflər hesab edirlər ki, gələcəkdə katalizatoru əvəz etməklə sistemi daha mürəkkəb məhsullar istehsal etmək üçün sazlaya biləcəklər.

Qaynaq