Bakı 3˚C Showers

Alimlər sübut edib ki, vegetarianlar depressiyadan daha çox əzab çəkir

Maraqlı 08:00 05 okt, 2022
Alimlər sübut edib ki, vegetarianlar depressiyadan daha çox əzab çəkir

"Qidalanma insanın təkcə fiziki deyil, psixi  vəziyyətinə də təsir göstərir..."

Oktyabrın 1-də bir çox ölkələrdə Ümumdünya vegetarianlıq günü qeyd edilib. Bu, 1977-ci ildə geniş ictimaiyyətin bitki pəhrizinin həm təbiəti mühafizə, həm də insan sağlamlığı nöqteyi-nəzərindən məlumatlandırılması məqsədilə təsis edilib. 

 

Qazet.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

 

Lakin vegetarianlıq deyildiyi kimi faydalıdırmı?

 

Çoxdan sübut edilib ki, qidalanma insanın təkcə fiziki deyil, həm də psixi vəziyyətinə təsir göstərir, ona görə də güman edilir ki, daha sağlam qida ilə qidalananlar həmçinin daha sakit və təmkinli olmalıdır.

 

Lakin Braziliya alimlərinin yeni təqdiqatı göstərib ki, bitki pəhrizinin bir çox üstünlüklərinə rəğmən, vegetarianlar toyuq sosisləri və yaxşı steyklər xoşlayanlara nisbətən depressiyadan daha çox əzab çəkir.

 

"Journal of Affective Disorders" jurnalında dərc edilən yeni tədqiqata görə, vegetarianlar ət yeyənlərə nisbətən iki dəfə çox depressiya keçirir, çünki "depressiya epizodlarının yayılması ilə ətsiz pəhriz arasında müsbət əlaqə var".

 

Bunun üçün alimlər 6 ay ərzində 35-74 yaş arası 14 216 adamın qida rasionunu təhlil edib, habelə onlar ilə psixi pozuntuların yayılmasının diaqnostikası üçün alət olan kliniki müsahibələr keçirib.

 

Nəticədə müəyyən edilib ki, vegetarianlar ət yeyənlərə nisbətən eyni zaman müddətində hətta siqaret çəkmə, alkoqoldan istifadə və fiziki aktivliyi nəzərə alsaq, depressiya əlamətləri ilə iki gəfə çox üzləşib.

 

Lakin aşkar əlaqəyə rəğmən, bunun səbəbi alimlər üçün aydın deyil.

 

"Depressiya epizodları ət yeməyən insanlarda sosial-iqtisadi amillər və həyat tərzindən asılı olmayaraq daha tez-tez rast gəlinir", - alimlər deyir və dəqiqləşdirir ki, bu zaman "qida maddələrinin çatışmazlığı bu qarşılıqlı əlaqəni izah etmir", ona görə də səbəb-nəticə əlaqələrini aydınlaşdırmaq üçün daha miqyaslı tədqiqatlar lazımdır.

 

Qidalanma əhval-ruhiyyəmizə necə təsir edir?

 

Qeyd etmək lazımdır ki, bu, alimlər tərəfindən əhval-ruhiyyə ilə qidalanma arasında əlaqəni göstərən ilk hal deyil.

 

Məsələn, 2017-ci ildə aparılan tədqiqat göstərib ki, taxıl məhsulları, zülal, yağsız süd məhsulları və bitki qidası ilə zəngin pəhriz saxlayan insanlarda remissiya ehtimalı dərin emala məruz qalan məhsullarla qidalananlara nisbətən 4 dəfə yüksək olub.

 

Vegerarianlar ət yeyənlərə nisbətən daha az ünsiyyətçildir

 

Daha bir geniş tədqiqat Leypsiqdə Maks Plank adına koqnitiv elmlər və beyin haqqında elmlər İnstitutunun alimləri tərəfindən iki il öncə aparılıb.

 

Nəticədə bəlli olub ki, bitki qidası həvəskarları ət yeyənlərə nisbətən daha qapalı və daha az ünsiyyətçildir.

 

Tədqiqatda 9000 könüllü iştirak edib, onlar müəyyən müddət öncə heyvan mənşəli məhsullardan tamamilə və ya qismən imtina edib.

 

Alimlər güman edir ki, heyvan mənşəli qidadan istifadədən yan keçmək istəyən insanların özlərinin qida vərdişlərinə görə müəyyən sosial təcridə ehtiyacları var.

 

Healthy Walla