Alimlərdən yeni kəşf: Ayı qanından "Super serum" hazırlandı
Bu amilləri müəyyən etməklə effektiv müalicə üsulları inkişaf etdirilə və yataq xəstəsi aradan qaldırıla bilər
Yapon tədqiqatçıları qış yuxusuna gedən ayıların qanından zərdab hazırlayıb.
Qazet.az xəbər verir ki, onlar bu yolla insanlar üçün yeni müalicə istehsal oluna biləcəyini düşünür.
Belə ki, ayılar qış yuxusuna yatarkən 5-7 ay yeməksiz və susuz hərəkətsiz qala bilirlər. Bu prosesdə gücü azalmayan heyvanlar sağ-salamat oyanırlar. Ancaq insanlar üç həftə hərəkətsiz olarsa, əzələ kütləsinin itirilməsi sürətlənir. Tədqiqatçılar illərdir bu super gücü anlamağa çalışırlar. Çünki bu yolla insanlar üçün müalicə istehsal oluna biləcəyini düşünür.
Yaponiyalı mütəxəssislər skelet əzələ hüceyrələrindən alınan toxuma 7 qış yuxusunda olan ayının qanından hazırlanmış serumu əlavə ediblər. Hüceyrələrdəki zülalın 24 saatlıq artdığı təyin olunub. Bundan əlavə, istifadə olunmayan əzələlərin zəifləməsində mühüm rol oynayan “MuRF1” zülalının istehsalının azaldığı müəyyən edilib.
Yayda eyni ayılardan alınan qanla hazırlanan zərdabın vurulduğu hüceyrələrdə bu dəyişikliklər müşahidə olunmayıb.
Tədqiqatçı Mitsunori Miyazaki, "Biz qış yuxusuna gedən ayılardan hazırlanan serumdakı "bəzi amillərin" zülal mübadiləsini tənzimləyə və mədəni insan skelet əzələ hüceyrələrində əzələ kütləsini saxlaya biləcəyini göstərdik" dedi.
Fizioloq Miyazaki bildirib ki, bu amilləri müəyyən etməklə effektiv müalicə üsulları inkişaf etdirilə və yataq xəstəliyi aradan qaldırıla bilər.