Alimlərdən yeni mutasiya ilə bağlı xəbərdarlıq verildi
Gündəm
07:13 20 okt, 2021
Hazırda dünyada ən çox yayılmış delta ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq.
Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.
Qazet.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
"AY.4.2" adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək", - məlumatda deyilir.
Hazırda dünyada ən çox yayılmış delta ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq.