Bakı 28˚C Cloudy

Alla Puqaçova Rusiyanı yenidən tərk etdi

Xəbərlər 19:31 29 sen, 2022
Alla Puqaçova Rusiyanı yenidən tərk etdi

Rusiyalı məşhur müğənni Alla Puqaçova ikinci dəfə Rusiyanı tərk edib.

Qazet.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Bildirilir ki, müğənni uşaqları ilə birlikdə Moskvanın “Vnukovo” hava limanından yenidən İsrailə yollanıb.

Qeyd edək ki, mart ayında ailəsi ilə birlikdə İsrailə gedən Alla Puqaçova avqustun sonunda Rusiyaya qayıtmışdı.