Allahşükür Paşazadə Türkiyənin dini lideri ilə Qarabağa səfər edib
Siyasət
16:29 27 okt, 2021
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa gedib

Türkiyənin Diyanət işləri Başkanı Ali Erbaş Azərbaycana səfərə gəlib.
Bu barədə Qazet.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Bildirilib ki, QMİ sədri Allahşükür Paşazadə qonaqlarla birlikdə Qarabağın hava qapısı olan Füzuli aeroportuna baş çəkiblər.
Nümayəndə heyəti Füzulidən Şuşaya gedəcəklər.