Allahşükür Paşazadənin Moskvada erməni katolikosu II Qareginlə görüşü gözlənilir
Gündəm
15:46 11 okt, 2021
Azərbaycan və Ermənistan dini liderlərinin görüşü gözlənilir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.
Qazet.az xəbər verir ki, Şeyxülislam A. Paşazadənin, Rusiyanın Patriarxı Kirillin və Bütün ermənilərin katalikosu II Qareginin iştirak edəcəyi gözlənilir.
Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcək.