Bakı 21˚C Sunny

Alman Sosial Demokratlar parlamentdə CDU/CSU -dan daha çox yer qazanıb

Siyasət 12:25 27 sen, 2021

Bu seçkidə Mühafizəkarlar 24,1% səs yığıblar, bu isə onlar üçün tarixdəki ən pis nəticədir

Alman Sosial Demokratlar parlamentdə CDU/CSU -dan daha çox yer qazanıb

Almaniya seçki komitəsinin ilkin məlumatlarına görə, Almaniya Sosial Demokrat Partiyası (SPD) parlament seçkilərində Bundestaqda 735 yerdən 206 -nı, Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (CDU/CSU) bloku isə 196 -nı yer qazanıb.

Yaşıllar 118, Azad Demokrat Partiyası - 92, Almaniya üçün Alternativ - 83 və Sol - 39 yer qazanıb.

Daha əvvəl Almaniya Sosial Demokrat Partiyasının ən çox topladığı səs  25,7% olub. 

Qeyd edək ki, bu seçkidə Mühafizəkarlar 24,1% səs yığıblar, bu isə onlar üçün tarixdəki ən pis nəticədir.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.