Bakı -1˚C Intermittent clouds

Almaniya kansleri Fransaya səfər edəcək

Gündəm 00:55 02 iyl, 2022

Görüş işçi nahar səviyyəsində keçiriləcək. Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

Almaniya kansleri Fransaya səfər edəcək

Almaniya kansleri Olaf Şolts iyulun 4-də Fransaya səfər edəcək.

Qazet.az-ın xəbərinə görə, bu barədə kanslerin sözçüsü Stefen Hebestreyt mətbuat konfransında bildirib.

Sözçü qeyd edib ki, hökumət başçısı Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Kanslerin səfərində məqsəd ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməkdir.

Görüş işçi nahar səviyyəsində keçiriləcək. Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.