Bakı 3˚C Windy

Almaniya kansleri: "Putin müharibəyə son qoymalıdır"

Xəbərlər 14:58 17 dek, 2022
Almaniya kansleri: "Putin müharibəyə son qoymalıdır"

“Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymalıdır”.

Qazet.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniya kasnleri Olaf Şolts deyib.

O bildirib ki, Ukraynadakı işğalçı müharibəyə son qoyulması üçün V.Putinlə danışıqlara ehtiyac var.

Kanslerin sözlərinə görə, Almaniyanın məqsədi Rusiyanın işğalçı müharibəsini dayandırmaq, Ukraynanın ərazi bütövlüyünü qorumaqdır: “Bu isə danışıqlar tələb edir”.

O.Şolts vurğulayıb ki, Rusiya vəziyyətin belə davam edə bilməyəcəyini etiraf etməlidir: “Putin müharibəni dayandırmalı, qoşunları çıxarmalı və bununla da qarşılıqlı anlaşma üçün fürsət yaratmalıdır. Mesaj yalnız belə ola bilər: Putin, bu müharibəni bitir”.

Xatırladaq ki, daha əvvəl O.Şolts V.Putinlə telefon danışığı zamanı Kreml rəhbərini qoşunlarını Ukraynadan çıxarmağa çağırmışdı.