Almaniya kansleri: “Şimal axını-2”nin nəqli bərpa olunmayacaq”
Biznes
17:00 08 avq, 2022
Şteffen Xebeştrayt bildirib
“Təbii qazla təminatın vəziyyəti ağır olsa belə “Şimal axını-2”nin nəqli bərpa edilməyəcək”.
Qazet.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şoltsun adından hökumətin sözçüsü Şteffen Xebeştrayt bildirib.
Məlumata görə, Rusiyanın “Qazprom” şirkəti faktiki olaraq bir müddət əvvəl “Şimal axını-1”in kəmərlərini faktiki olaraq təmir etməkdən imtina edib. Bildirilib ki, bu, Avropa İttifaqı ölkələrinin bəhs edilən kəmərlə “mavi yanacaq” tədarük edəcəkləri ümidini puça çıxarıb.