Bakı 6˚C Mostly sunny

"Almaniya özünə problem axtarır" - Volodin

Gündəm 02:55 06 yan, 2023
"Almaniya özünə problem axtarır" - Volodin

"Almaniya rəhbərliyi öz ölkəsinin tarixindən bilməlidir ki, başqasının malına qəsd etmək cəhdləri nə ilə bitir..."

 

"Ukraynada baş verənlərin bədəlini Avropa dövlətləri ödəyəcək..."

 

"Mərkəzi Bankın aktivlərinin müsadirə edilməsi təhlükəli presedent yaradar və müttəfiqləri "hüquqi təlatümə" salar..."

 

Volodin Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə ediləcəyi təqdirdə Rusiya Federasiyasının cavab vermək hüququ barədə bəyan edib

 

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib ki, Almaniya hökumətinin Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edəcəyi təqdirdə Rusiyanın cavab vermək hüququ var.

Qazet.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.

Bununla o, Almaniyanın Ukraynadakı münaqişədə əli olan rusiyalıların əmlakı və pul vəsaitlərinin müsadirə edilməsi imkanlarının nəzərdən keçirilməsi barədə məlumatları şərh edib.

"İndi həyatın gerçəkliyi başqadır, təkcə BMT Nizamnaməsinə uyğun olaraq deyil, həm də presedentlər əsasında. 

Bununla bağlı olaraq Kosovonun müstəqilliyinin tanınması ilə əlaqədar yaranmış vəziyyəti xatırlamaq yerinə düşər. 

Bu qərarı qəbul edən ABŞ, Almaniya, Fransa və başqa dövlətlərin Cənubi Osetiya, Abxaziya, Krım, Donetsk və Luqansk "xalq respublikaları", həmçinin Xerson və Zaporojye vilayətlərinin öz müqəddəratının təyin edilməsini hüququ ilə razılaşmaqdan savayı başqa yolu yoxdur", - Volodin yazıb.

Onun sözlərinə görə, aydındır ki, "Ukrayada baş verənlərin bədəlini Avropa dövlətləri (Vaşinqton belə hallardan yararlanır) ödəyəcək.

Volodin həmçinin xəbərdarlıq edib ki, əgər Almaniya hər halda müsadirəyə qərar verəcəksə, Avropadakı bu presedent ona gətirib çıxaracaq ki, ölkələr "beynəlxalq hüququ görməzdən gələcək və lazım hesab etdiklərini öz bildikləri kimi götürəcək".

"Almaniya rəhbərliyi öz ölkəsinin tarixindən yadda saxlamalıdır ki, başqasının malına qəsd etmək cəhdləri nə ilə bitir", - spiker deyib.

Almaniyanın milyardlarla dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpasına yönəltməyə hazır olması barədə "Bloomberg" agentliyi yanvarın 3-də Almaniya hökumətindəki mənbəyə istinadən yazıb.

Onun sözlərinə görə, belə addım bütün hüquqi məsələlərin nizama salınmasından sonra mümkün ola bilər.

Lakin, nəşrin məlumatına görə, Almaniya hökuməti daxilində bu məsələ barəsində yekdil mövqe yoxdur.

Belə ki, XİN rəhbəri Annalena Berbok 2022-ci ilin yazında Rusiya Mərkəzi Bankının bloklanmış qızıl valyuta ehtiyatlarını müsadirə etməyi təklif edir.

Öz növbəsində AFR maliyyə naziri Kristian Lindner hesab edir ki, Mərkəzi Bankın altivlərinin müsadirə edilməsi təhlükəli presedent yaradar və müttəfiqləri "hüquqi təlatümə" salar.

Almaniya kansleri Olaf Şolts Rusiya aktivlərinin müsadirə edilməsinin müttəfiqlərlə razılaşdırlmasını istəyir.