Almaniya rus diplomatları “arzuolunmaz şəxs” elan etdi
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi diplomatların ölkədən çıxarılması üçün cavab tədbirləri elan edib. Yaxın vaxtlarda nazirlik bu məsələ ilə bağlı açıqlama verəcək.

Almaniya Gürcüstan vətəndaşı Zəlimxan Hanqoşvilinin qətli ilə bağlı cinayət işinə görə Rusiya səfirliyinin iki əməkdaşını “persona non-qrata” elan edib.
“Qazet.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Məhkəmənin də müəyyən etdiyi kimi, dövlət sifarişi ilə törədilmiş bu qətl Almaniya qanunlarının və Almaniya suverenliyinin kobud şəkildə pozulmasıdır. Buna görə də, biz Rusiya səfirini müzakirəyə çağırdıq”, - deyə Berbok bildirib.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi diplomatların ölkədən çıxarılması üçün cavab tədbirləri elan edib. Yaxın vaxtlarda nazirlik bu məsələ ilə bağlı açıqlama verəcək.