Almaniya səfərbərlikdən yayınan rusları qəbul EDƏCƏK
Almaniya qismən səfərbərlikdən yayınan rusları qəbul etməyə hazır olduğunu açıqlayıb.
"Qazet.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer açıqlama verib.
O, döyüşməkdən imtina edən çağırışçıların Almaniyada sığınacaq üçün müraciət edə biləcəklərini qeyd edib.
Bundan əvvəl Avropa Komissiyasının Rusiyada qismən səfərbərlik elan edildikdən sonra humanitar səbəblərdən ruslara viza vermək barədə düşündüyü bildirilmişdi. Avropa Komissiyası artıq Avropa İttifaqı ölkələri ilə məsələni müzakirə edir.
Eyni zamanda, Latviya səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına “təhlükəsizlik baxımından” humanitar viza verməyəcəklərini açıqlayıb.
Qeyd edək ki, sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan edilib.