Almaniya səfirliyi ilə “İçərişəhər” Muzey Mərkəzi sənəd imzaladı
Siyasət
17:53 12 okt, 2022
Almaniyanın Azərbaycandakı səfirliyi ilə “İçərişəhər” Muzey Mərkəzi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.
Qazet.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.
Bu sənədə əsasən, Almaniya “İçərişəhər” Muzey Mərkəzinin 1964-1989-cu illər dövrünə aid neqativlər, fotoşəkillər və çap əsərləri kolleksiyasının bərpası, konservasiyası və rəqəmsallaşdırılması layihəsini maliyyələşdirəcək.
Bu gün İçərişəhər Muzeyi ilə müqavilə imzalanıb:
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) October 12, 2022
🇩🇪XİN #mədəniyyəti qoruma fondları ilə İçərişəhər Muzey Mərkəzinin 1964-1989-cu illərdə neqativlər, fotoşəkillər və çap əsərləri kolleksiyasının bərpası, konservasiyası və rəqəmsallaşdırılması üçün muzey layihəsini maliyyələşdirir. pic.twitter.com/J6VK6wXkMY