Almaniya Ukraynaya 9 milyon avroya səhra xəstəxanası verəcək
Gündəm
20:28 25 okt, 2022

Almaniya hökuməti “Zeppelin Mobile Systeme GmbH” şirkəti tərəfindən Ukrayna ərazisində təşkil ediləcək səhra xəstəxanasının tikintisinə dəstək verəcək.
Qazet.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu xəstəxananı payızın əvvəlində sifariş edib. Onun dəyəri 9 milyon avro civarında qiymətləndirilir.
“Almaniya hökumətinin dəstəyi ilə şirkət Ukrayna Silahlı Qüvvələrini müasir tipli sahə xəstəxanası ilə təmin edəcək”, – məlumatda deyilir.
Tikinti işlərinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.