Bakı 5˚C Showers

Almaniya Ukraynaya dəstək üçün əlavə 40 milyon avro ayırıb

Gündəm 23:20 10 yan, 2023
Almaniya Ukraynaya dəstək üçün əlavə 40 milyon avro ayırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya əlavə 40 milyon avro ayrılacağını açıqlayıb.

Qazet.az bu barədə DPA agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Kiyevin ehtiyacı olduğu müddətdə Almaniya Ukraynanı dəstəkləyəcək.

İlkin məlumatlara görə, vəsait Ukraynada minaların təmizlənməsinə, həmçinin generatorların genişləndirilməsinə sərf olunacaq.

Bundan əvvəl Estoniya, Polşa və Finlandiyanın xarici işlər nazirləri telefon danışıqları zamanı Ukraynaya yardımı, o cümlədən Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlə istifadəsini müzakirə ediblər.