Almaniya Ukraynayla bağlı Rusiyaya xəbərdarlıq edib
Siyasət
19:15 09 dek, 2021
Almaniya XİN başçısı Rusiyanın Ukraynada militarist addımlarını pisləyib
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Ukrayna mövzusunda Rusiyaya xəbərdarlıq edib.
Qazet.az xəbər verir ki, Baerbokun sözlərinə görə, Rusiya Ukraynaya qarşı hər hansı “militarist” addım atacağı təqdirdə “yüksək siyasi və iqtisadi bədəl” ödəyəcək.
Baerbok Avropanın Rusiya ilə bağlı ortaq mövqe tutmasının vacibliyini də vurğulayıb.