Bakı 16˚C Mostly cloudy

Almaniya XİN-in nümayəndə heyəti Azərbaycana gəlib

Gündəm 12:44 17 noy, 2021

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb

Almaniya XİN-in nümayəndə heyəti Azərbaycana gəlib

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qazet.az-a verilən məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin birinci katibi, Azərbaycan üzrə kurator Benedikt Qöbel, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, səfirliyin müşaviri Andreas Holt və digər rəsmi şəxslər iştirak ediblər.