Bakı -11˚C Rain and snow

Almaniyada inflyasiya 71 il sonra ən yüksək həddə

Gündəm 21:18 03 yan, 2023
Almaniyada inflyasiya 71 il sonra ən yüksək həddə

Almaniyada 2022-ci ildə ortalama inflyasiya 7,9% təşkil edib. Bu isə ölkədə 1951-ci ildən sonra ən yüksək səviyyədir.

Qazet.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, Almaniyada 2022-ci ilin noyabrında 10 faiz olan illik inflyasiya hökumətin istilik xərclərini ödəməsinə görə dekabrda 8,6 faizə enib.