Bakı 16˚C Windy

Almaniyada "Merkel erası" sona çatdı - 16 illik kansler vəzifədən getdi

Siyasət 12:00 27 okt, 2021

Angela Merkel səlahiyyət müddətinin bitməsi ilə bağlı sənədi prezidentdən qəbul edib

Almaniyada "Merkel erası" sona çatdı - <span style="color:red">16 illik kansler vəzifədən getdi</span>

16 il Almaniyanın Federal Kansleri vəzifəsində çalışmış Angela Merkel səlahiyyət müddətinin bitməsi ilə bağlı sənədi prezident Frank-Valter Ştaynmayerin əlindən qəbul edib.

Qazet.az xəbər verir ki, hökumətin buraxılması mərasimi Almaniyanın iki əsas telekanalı - "ARD" və "ZDF" tərəfindən yayımlanıb.

Ştaynmayer Merkel və onun nazirlərindən dekabrın əvvəlində gözlənilən yeni kabinetin formalaşmasına qədər səlahiyyətlərini icra etməyi xahiş edib.

Prezident bildirib ki, Merkelin gedişi ilə “respublika tarixində ən böyük dövrlərdən biri” başa çatır.

"Merkel hökumətdə işlədiyi illər ərzində bir sıra böhranlarla üzləşməli olub: koronavirus pandemiyası, cəmiyyətin qütbləşməsi, miqrasiya böhranı, Suriyadakı müharibə və Avropa İttifaqı daxilindəki problemlər", - deyə prezident bildirib.

Bu il Bundestaq seçkiləri 16 ildən sonra ilk dəfə Merkelin iştirakı olmadan keçirilib. 67 yaşlı kimyaçı alim bu vəzifədə olan ilk qadın olub və 2021-ci il seçkilərinə bir neçə il qalmış siyasətdən getdiyini açıqlayıb.

İndi isə hazırkı vitse-kansler və Maliyyə Nazirliyinin rəhbəri Olaf Şolzun rəhbərlik etdiyi Sosial Demokratlar- Yaşıllar və Azad Demokratlar Partiyası ilə koalisiya yaratmaq üzərində işləyirlər. Onlar hökuməti dekabrın 12-nə kimi formalaşdırmalıdırlar.

Mənbə