Bakı 15˚C Sunny

Almaniyada pandemiya ilə bağlı ölkəyə giriş qaydaları yumşaldılır

Gündəm 23:58 25 may, 2022

Almaniyada karantin bitir 

Almaniyada pandemiya ilə bağlı ölkəyə giriş qaydaları yumşaldılır

Almaniya hökuməti koronavirusa yoluxma hallarının azalması fonunda iyunun 1-dən etibarən yay mövsümü üçün ölkəyə giriş qaydalarını yumşaltmağı planlaşdırır.

“Qazet.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.

“Biz 3G qaydasını (bir çox sahələrdə girişin yalnız Qərb ölkələrinin vaksini ilə peyvənd edilən, xəstə olub sağalan və mənfi koronavirus testinə malik olan şəxslərə şamil edilməsi - red.) avqustun sonuna qədər ölkə ərazisinə giriş zamanı tətbiq etməyəcəyik”, - o deyib.

İyunun 1-dən etibarən ölkəyə qayıdan səyahətçilərin və digər şəxslərin peyvənd olunduğunu, xəstələnib sağaldığını və ya testdən keçdiyini sübut etməsinə ehtiyac qalmayacaq.