Almaniyada PKK tərəfdarları Türkiyə vətəndaşına hücum etdi
Xəbərlər
05:20 12 sen, 2022
Almaniyada terror lideri Abdullah Öcalana dəstək yürüşü təşkil edən terror təşkilatı PKK tərəfdarlarının Türkiyə vətəndaşına hücum etdiyi öyrənilib.
"Qazet.az" xəbər verir ki, terror təşkilatı PKK tərəfdarları Türkiyə vətəndaşına hücum edib.
Essen şəhərində keçirilən yürüş zamanı PKK tərəfdarlarının qırmızı işıqda gözləyən vətəndaşın avtomobilinə çubuq və daşla hücum etdiyi anlar sosial mediada gündəm olub.
Hücum nəticəsində avtomobilə böyük ziyan dəyib.
Alman polisi yürüşdə iştirak edən PKK tərəfdarlarından bəzilərini saxlayıb.