Bakı 5˚C Windy

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlının məhkəməsi keçiriləcək

Xəbərlər 14:36 18 dek, 2022
Almaniyada qətldə şübhəli bilinən azərbaycanlının məhkəməsi keçiriləcək

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin cinayət işi ilə bağlı istintaq yekunlaşaraq Detmol şəhər Məhkəməsinə göndərilib.

Qazet.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna Detmol şəhər Prokurorluğundan bildirilib.

Otuz altı yaşlı E.Ağayevin məhkəmə prosesi yanvarın 8-i ilə fevralın 6-ı aralığına təyin edilib. Məhkəmə hal şahidi və zərərçəkənlər üçün üç məhkəmə dinləməsi təyin edib.

Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrej F.Rintelner balta ilə qətlə yetirilib.

Hadisəni törətməkdə Elçin Ağayev şübhəli bilinir. Məlumata görə, qətl qısqanclıq zəminində törədilib.

E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalıblar.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.