Bakı 11˚C Partly sunny

Almaniyada radiostansiyanın binasına silahlı hücum olub - YENİLƏNİB

Xəbərlər 16:58 10 dek, 2022
Almaniyada radiostansiyanın binasına silahlı hücum olub - YENİLƏNİB

Almaniyanın Drezden şəhərindəki “Altmarktgalerie” Ticarət Mərkəzində insanları girov götürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, iki girov azad edilərək polis nəzarətinə verilib.

Hadisənin səbəbi açıqlanmır.

***

Almaniyanın Drezden şəhərində “Radio Dresden” radiostansiyasına silahlı hücum edənlərlə polis əməkdaşları arasındakı atışma nəticəsində 70 yaşlı qadın güllələnib.

Qazet.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb yayıb.

Bildirilib ki, polis əməkdaşlaır ticarət mərkəzindəki insanları təxliyə edib, ətraf ərazini mühasirəyə alıblar.

Sakinlərə milad yarmarkasına getməmək və şəhrinə mərkəzinə çıxmamaq tövsiyə olunur.

Şübhəli şəxs hadisə yerindən qaçıb.