Almaniyada Rusiya və Çin kəşfiyyat orqanlarının fəallığı artıb
Son vaxtlar Almaniya ərazisində Rusiya və Çin də daxil olmaqla xarici kəşfiyyat orqanlarının fəallığı artıb.
Bu barədə Qazet.az “DW” nəşrinə istinadən xəbər verir.
Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq bildirib ki, dövlətin nəzarətində olan xüsusi xidmət orqanları məlumat əldə etmək və ölkənin maraqlarını təbliğ etmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər.
Onun sözlərinə görə, Almaniyada dəfələrlə ölkənin Silahlı Qüvvələrinə məxsus obyektlərə qarşı casusluq cəhdləri olub. Xüsusilə, söhbət Ukrayna hərbçilərinin təlim keçdiyi mərkəzlərdən gedir.
Digər insident oktyabrın 1-nə keçən gecə Vildfleken poliqonunda baş verib. Belə ki, naməlum dronlar Bavariyanın hava sərhədini dəfələrlə pozub.
Bundan başqa, avqustun sonunda Rusiya kəşfiyyat orqanları Almaniyadakı ukraynalı əsgərlərə Qərb silah sistemləri ilə necə davranmağın öyrədilməsini izləməyə çalışıblar.
“Bundesverin xidmət, sanitar və səfərbərlik mərkəzinin yerləşdiyi İdar-Oberşteyn və Qrafenver şəhərləri yaxınlığında şübhəli avtomobillər qeydə alınıb”- deyə, o bildirib.