Bakı 6˚C Intermittent clouds

Almaniyada sosial yardım alanlara BƏD XƏBƏR!

Cəmiyyət 22:25 01 dek, 2021

Partiya son illər dövlətdən “HartzIV”adı ilə bilinən sosial yardım alanların sayının artmasından narahat olduğunu ifadə edib.
 

Almaniyada sosial yardım alanlara BƏD XƏBƏR!

Almaniyanın hakim Sosial Demokrat Partiyası (SPD) “HartzIV”adı ilə bilinən sosial yardımın yerinə “yeni sosial dövlət” planı hazırlayır. 

Qazet.az xəbər verir ki, 17 səhifəlik yeni qanunda yardım alanların saatı 12 avroluq işlə təmin olunmaları göstərilib.

Partiya son illər dövlətdən “HartzIV”adı ilə bilinən sosial yardım alanların sayının artmasından narahat olduğunu ifadə edib.

SPD-li siyasətçilər hazırladıqları planla yardım alanları işləməyə təşviq edəcəklərinə inanırlar.Bu qanundan sonra İşsiz olaraq uzun illər dövlətdən yardım alanların əksəriyyəti işləmək məcburiyyətində qalacaq. Təzə qaydaların 1 yanvar tarixindən qüvvəyə minəcəyi bildirilir.

Bundan başqa bəzi şəxslər üçün yardımlar artırılacaq.

Almaniya hökumətinin qərarına əsasən, uşaqlarını tək böyüdənlər 2021-ci ilin yanvar ayından etibarən  432 avro əvəzinə ən azı 439 avro alacaqlar. Ən böyük artım 14 ilə 17 yaş arasındakı gənclər üçün olacaq. Bu yaş aralığında olan gənclərin yardımı 39 avro artaraq 367 avro olacaq. Digər tərəfdən 6-13 yaş qrupunda olanlar üçün sosial yardım artımı planlaşdırılmır.

Məlumat üçün qeyd edək ki, hazırda Almaniyada bir saata görə ödənilən minimum əmək haqqı 9,19 avrodur.

deutsche welle