Bakı 14˚C Mostly cloudy

Almaniyanın hakim partiyasının rəhbəri Ukraynaya “Leopard” tankları verməkdən imtina edib

Xəbərlər 08:44 08 yan, 2023
Almaniyanın hakim partiyasının rəhbəri Ukraynaya “Leopard” tankları verməkdən imtina edib

Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl bildirib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə birtərəfli qaydada “Leopard” tankları verməyəcək.

Bu barədə Qazet.az “RND” nəşrinə istinadən xəbər verir.

“Hazırda heç bir ölkə Kiyevi “Leopard 1” və ya “Leopard 2” kimi ağır tanklarla təmin etmir. Buna görə də, amerikalılar, fransızlar, eləcə də biz federal hökumət olaraq bu müharibəyə cəlb ediləcəyimizlə bağlı daim düşünsək düzgün olardı”, - Lars Klinqbayl vurğulayıb.

O əlavə edib ki, Ukraynaya “Marder” piyada döyüş maşınlarının çatdırılması Qərbdən Kiyev üçün razılaşdırılmış dəstək siqnalıdır.