Bakı -1˚C Intermittent clouds

Almaniyanın müdafiə naziri yenə qadın olub

Gündəm 18:32 08 dek, 2021

Bununla bağlı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 8-də uyğun sərəncam imzalayıb

Almaniyanın müdafiə naziri yenə qadın olub

Almaniyanın keçmiş ədliyyə naziri Kristina Lambrext müdafiə naziri təyin olunub.

Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 8-də uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Kristina Lambrext Almaniyanın ardıcıl üçüncü qadın müdafiə naziridir. Ondan əvvəl Urusla fon der Lyayen və Anneqret Kramp-Karrenbauer bu postu tutublar.

K.Lambrext bu gün kansler seçilən Olaf Şoltsun təmsil olunduğu Sosial-Demokrat Partiyasındandır. O, hüquqçu və siyasətçidir. Silahlı qüvvələr sahəsində təcrübəsinin olmadığı bildirilir. 2019-cu ildən ölkənin ədliyyə naziri işləyib.