Bakı 3˚C Partly sunny

Almaniyanın yeni Kansleri Rusiyaya xəbərdarlıq edib

Gündəm 16:49 15 dek, 2021

Ukrayna ilə bağlı vəziyyət intensiv şəkildə Avropa İttifaqı Şurasında müzakirə olunur

Almaniyanın yeni Kansleri Rusiyaya xəbərdarlıq edib

“Biz Rusiya-Ukrayna sərhədindəki vəziyyəti narahatlıqla izləyirik”.

Qazet.az-ın xəbərinə görə, bunu Almaniyanın yeni Kansleri Olaf Şolts Bundestaqda çıxışında deyib.

O bildirib ki, Ukrayna ilə bağlı vəziyyət intensiv şəkildə Avropa İttifaqı Şurasında müzakirə olunur.

“Bir daha xatırladım ki, ərazi bütövlüyü ilə bağlı hər hansı bir pozuntunun ağır bədəli olacaq. Biz Aİ ölkələri və Avro-Atlantik məkanın müttəfiqləri olaraq vahid səslə çıxış edəcəyik. Eyni zamanda, keçmişə baxmayaraq, biz konstruktiv dialoqa hazırıq. Biz hamımız de-eskalasiya ilə bağlı cəhdlərə hazır olmalı, bunların vacibliyini anlamalıyıq. Necə ki, bu “Normandiya formatı” çərçivəsində mümkün olub. Lakin bu, Almaniya hökumətinin yeni Şərq siyasəti kimi yanlış başa düşülməməlidir. Şərq siyasəti Avropa İttifaqının vahid siyasəti çərçivəsindədir, dəyişməzdir”, - Olaf Şolts qeyd edib.