"Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var / FOTO
Hadisə
13:48 30 dek, 2021
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub
Bakıda qaz sızmasından partlayış olub.
Qazet.az məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.
Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.